Moskva məhkəməsi "Telegram"a 7 milyon rubl cərimə kəsib

   Moskva məhkəməsi "Telegram"a 7 milyon rubl cərimə kəsib
  25 Fevral 2026    Oxunub:1477
Rusiyanın paytaxtı Moskva şəhərinin Taqanski Rayon Məhkəməsi "Telegram" sosial şəbəkə platformasını spirtli içki və qeyri-ənənəvi cinsi münasibətlərlə (LGBT) əlaqədar məlumatları silmədiyinə görə 7 milyon rubl (təqribən 156 min manat) həcmində cərimələyib.
"TASS" xəbər agentliyinin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, cərimə ölkənin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında kəsilib. Məlumat üçün bildirək ki, Rusiyada LGBT hərəkatı qadağandır.

Ümumiyyətlə, son dövrdə Rusiya hökuməti "Telegram"ı xüsusilə hədəfə alıb. Ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin irəli sürdüyü iddiaya əsasən, müxtəlif xarici kəşfiyyat təşkilatları bu platformadakı məlumatlardan Moskvaya qarşı hərbi əməliyyatlarda faydalanırlar. "Telegram" bu ittihamları tamamilə yalanlayır. Eyni zamanda, birbaşa "Telegram"ın qurucusu Pavel Durov terror fəaliyyətinə dəstəkdə təqsirləndirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Telegram   cərimə  



Xəbər lenti