Papa keşişlərə: "Moizələri Sİ ilə hazırlamayın"

      Papa keşişlərə:    "Moizələri Sİ ilə hazırlamayın"
  26 Fevral 2026    Oxunub:1325
Papa XIV Leo katolik keşişlərini moizələrin hazırlanmasında süni intellektdən (Sİ) qaçınmağa, real həyata qayıtmağa çağırıb.
Vatikan mətbuatının yaydığı xəbərə görə, Papa bu barədə keşişlər qarşısında çıxışında danışıb. O bu məsələni insan bədəninin funksiyalarına bənzədib: "Bədəndəki əzələləri lazımınca işlətməsək, onlar atrofiyaya uğrayırlar. Bu mənada beynin də hərəkəti vacibdir. Beynimizin kiçilməyinin qarşısını almaq üçün zəkamızı mütəmadi gücə salmalı, sınamalıyıq".

Papanın sözlərinə görə, dini təbliğat şəxsi imanın görəcəyi işdir: "Süni intellekt imanı qətiyyən paylaşa bilməyəcək. Eyni zamanda, ümumilikdə internetin aldadıcı illüziyaları da sizi çaşdırmamalıdır. İnternetdə bəyənmələrin, izləyicilərin ardınca düşmək sizi əsl işinizdən, xidmətinizdən yayındırır".

Firudin Həmidli
AzVision.az


Teqlər: Vatikan   papa   süni-intellekt   xəbərdarlıq  



Xəbər lenti