Zaporojye vilayəti də zərbələrə məruz qalıb. Regional hərbi administrasiyanın rəhbəri İvan Fyodorovun sözlərinə görə, 19 çoxmənzilli bina, dörd fərdi ev və qeyri-yaşayış binası zərər görüb.
“Hücumdan sonra şəhərin üç rayonunda 500-dən çox ev elektriksiz qalıb. Rusiya hücumları nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb”, - günün hadisələrini yekunlaşdıran Fyodorov yazıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti gecə baş verən hücumda bir nəfərin yaralandığını dəqiqləşdirib. İlkin məlumatlara görə, Kiyevdə itki yoxdur. Darnitski rayonunda baş verən hücumda doqquzmərtəbəli binaya ziyan dəyib. Peçerski və Qoloseyevski rayonlarında da dağıntılar olub.
Regional hərbi administrasiyanın rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Krivoy-Roqda da iki nəfər - 89 yaşlı kişi və 82 yaşlı qadın yaralanıb. Hücumdan sonra şəhərdə yanğın baş verib.
Ukraynanın Poltava vilayətində isə Rusiyanın hücumları nəticəsində sənaye müəssisələrinə və fərdi evlərə ziyan dəyib. Təxminən 20 min abonent elektrik enerjisiz qalıb, xoşbəxtlikdən xəsarət alan olmayıb.
- Bu gecə Poltava bölgəsinə hücum edilib. PUA-ların qalıqları və birbaşa zərbələr Poltava rayonundakı sənaye müəssisələrinə ziyan vurub”, - Poltava Regional Hərbi Administrasiyasının sədri Vitali Dyakovniç bildirib.
Dövlət Fövqəladə Hallar Xidmətinin (FHX) məlumatına görə, şəhərdəki və bölgədəki sənaye müəssisələrində və fərdi evlərdə zərbələr qeydə alınıb. Texnoloji avadanlıqlar və istehsal müəssisələri zədələnib. Baş verən yanğnlar söndürülüb.
Vitali Dyakovniç dron qalıqlarının düşməsi nəticəsində Lubenski rayonunda da fərdi evin və elektrik xəttinin zədələndiyini qeyd edib. Xoşbəxtlikdən, hər iki halda da itki olmayıb. Dyaknoviçin sözlərinə görə, elektrik şəbəkəsinin əməkdaşları elektrik enerjisinin bərpası üzərində işləyirlər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


