Azərbaycanda problemli kreditlərin həcmi artıb

Azərbaycanda problemli kreditlərin həcmi artıb
  26 Fevral 2026    Oxunub:1367
Bu il fevralın 1-nə olan məlumata görə, Azərbaycanın bank sistemində vaxtı keçmiş kreditlərin həcmi 557,5 milyon manat təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 6,3% çoxdur.
AzVision.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, 2025-ci il 1 fevarl tarixi ilə müqayisədə ölkədə problemli kreditlərin 17,35% artıb.

2026-cı ilin yanvar ayının sonuna olan vəziyyətə görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 1,7% təşkil edib. 2025-ci ilin sonunda bu rəqəm 1,6%, ötən ilin yanvar ayının sonunda isə 1,6% olub.

AzVision.az


Teqlər: Azərbaycan   kreditlər   problemlər  



Xəbər lenti