Tarixdə ilk: BMT TŞ-nin iclasına Melaniya Tramp sədrlik edəcək
ABŞ-nin birinci xanımı bu materialı özünün “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirərək məlumatın doğru olduğunu yazıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Maykl Uolts da xəbəri təsdiqləyib.
“Amerika administrasiyası rəhbərinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi ilk dəfə olacaq”, - telekanal vurğulayır.
Xatırladaq ki, BMT TŞ-yə sədrlik martın 1-də ABŞ-yə keçəcək. Səlahiyyət müddəti bir ay olacaq. Melaniya Trampın ilk iclasdakı çıxışı təhsil və maarifləndirmənin vacibliyinə həsr olunacaq.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


