WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib
Yeni internet səhifəsində forum haqqında ətraflı məlumat, qeydiyyat bölməsi, proqram cədvəli və iştirakçılar üçün zəruri yeniliklər yer alır. Platforma müasir dizayn, rahat naviqasiya və istifadəçi dostu interfeys ilə seçilir, mobil cihazlara tam uyğunlaşdırılıb.
Saytın “Media” bölməsində rəsmi xəbərlər, press-relizlər, foto və video materiallar təqdim olunur. Bu bölmə media nümayəndələri və ictimaiyyət üçün operativ informasiya mənbəyi rolunu oynayır.
Eyni zamanda, səhifədə dayanıqlılıq prinsipləri və müyəssərlik imkanları da diqqət mərkəzində saxlanılıb. Əlçatan dizayn həlləri və inklüziv funksiyalar bütün istifadəçilər üçün bərabər çıxış imkanı yaradır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


