Fevralın bütün sosial ödənişləri yekunlaşdırılıb

   Fevralın bütün sosial ödənişləri yekunlaşdırılıb
  27 Fevral 2026    Oxunub:1411
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

AzVision.az


Teqlər:



Xəbər lenti