Ölkədə 6100 nəfər evlərində reabilitasiya xidməti alır
Həmin şəxslər həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. xidmətlərlə evlərində təmin olunurlar.
Qeyd edilən kateqoriyaya aid olan və səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxslər (və ya qanuni nümayəndələri) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər.
Müraciətlə bağlı olaraq Agentliyin həkim və psixoloqlarından ibarət səyyar briqadası onların evlərinə gələrək, ilkin müayinə və qiymətləndirmə aparır.
Əlilliyi olan şəxsin faktiki vəziyyəti səyyar xidmət göstərilməsi üçün nəzərdə tutulan diaqnozlara aid olduqda ona fərdi plan əsasında evində (səyyar) reabilitasiya xidmətləri göstərilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


