Sədr: "Dövlət satınalmalarında preventiv yanaşma gücləndirilməlidir"

   Sədr:    "Dövlət satınalmalarında preventiv yanaşma gücləndirilməlidir"
  27 Fevral 2026    Oxunub:1952
Dövlət satınalmalarında pozuntuların baş verdikdən sonra aşkarlanması ilə yanaşı, preventiv nəzarət mexanizmlərinin tətbiqi də vacibdir.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, mövcud təcrübə göstərir ki, problemlərin yalnız audit mərhələsində müəyyən edilməsi kifayət etmir və satınalma prosesinin planlaşdırma mərhələsindən başlayaraq risk əsaslı yanaşmanın tətbiqi zəruridir:

"Dövlət satınalmalarında preventiv yanaşmanın gücləndirilməsi, risklərin əvvəlcədən müəyyən edilərək aradan qaldırılması büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verə bilər. Ehtimal olunan qiymətin əsaslandırılmış şəkildə hesablanması, müsabiqəsiz satınalma hallarının minimuma endirilməsi və müqavilə şərtlərinin dəyişdirilməsinə nəzarətin gücləndirilməsi preventiv mexanizmlərin əsas elementləridir".

Sədr əlavə edib ki, hüquqi çərçivənin təkmilləşdirilməsi ilə yanaşı, institusional imkanların və əməliyyat qabiliyyətlərinin artırılması da preventiv nəzarətin effektivliyini təmin edən əsas amillərdəndir: "Məqsəd pozuntunu aşkar etmək deyil, onun baş verməsinin qarşısını almaqdır".

AzVision.az


Teqlər:



Xəbər lenti