İran Prezidentinin iqamətgahı vurulub

   İran Prezidentinin iqamətgahı vurulub
  28 Fevral 2026    Oxunub:1763
ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı çərçivəsində İran Prezidenti Məsud Pezeşkiyanın iqamətgahına aviazərbə endirilib.
Bu barədə İsrail mətbuatı rəsmi mənbələrə istinadən xəbər yayıb. Diqqətə çatdırılıb ki, eyni zamanda, bir sıra ali məmurların, hərbi xadimlərin və hökumət nümayəndələrinin evləri də hədəfə alınıb.

Müdafiə və Kəşfiyyat Nazirliyinin obyektlərini, habelə başqa strateji nöqtələr də atəşə tutulub.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı birgə əməliyyat keçirir.

AzVision.az


Teqlər: ABŞ   İsrail   İran   müharibə  



Xəbər lenti