Dağlıq rayonlarda qar yağır
Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda 12, Göyçayda 11, Sədərək, Culfa, Sabirabad, Şamaxı, Beylaqan, Kürdəmir, Şərur, Cəlilabad, Ağstafa, Xaçmaz, İmişli, Yevlax, Salyan, Mingəçevir, Naxçıvan, Biləsuvar, Gəncə, Neftçala, Şabran, Ceyrançöl, Şəmkir, Xankəndi, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.
Bir sıra ərazidə şərq küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Gəncədə 24, Hacıqabulda 23, Naftalan, Şəmkir, Neftçala, Tovuz, Qobustanda 20, Salyan, Göygöldə 19, Biləsuvar, Ağstafa, Şamaxıda 16, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.
Göygöl, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


