Bakı-Təl-Əviv reysi geri qayıdıb

Bakı-Təl-Əviv reysi geri qayıdıb
  28 Fevral 2026    Oxunub:1889
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
AZAL-dan AzVision.az -a verilən məlumata əsasən, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

AzVision.az


Teqlər: AZAL  



Xəbər lenti