"Hərbi eskalasiya dərin narahatlıq doğurur" - Azərbaycan XİN

   "Hərbi eskalasiya dərin narahatlıq doğurur" -    Azərbaycan XİN
  28 Fevral 2026    Oxunub:1746
"Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur". Bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin regional hərbi eskalasiyaya dair yaydığı bəyanatdandır.
“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda qeyd olunub.


Teqlər: XİN  



Xəbər lenti