Vuçiç: "Serbiya diplomatları Azərbaycana təxliyə olunacaqlar"

Vuçiç: "Serbiya diplomatları Azərbaycana təxliyə olunacaqlar"
  01 Mart 2026    Oxunub:2008
Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücum hədəfi olmayıb, lakin bina qəlpələrdən zədələnib.
Serbiya Prezidenti Aleksandar Vuçiç belə bir bəyanat verib.

"Zərbələrdən biri Bəsicin bazasına endirilib. Qəlpələr bizim səfirliyimizə ziyan vurub. İrandakı diplomatlarımıza gəlincə, bu gün personalımız Azərbaycan istiqamətində təxliyə olunacaq", - Vuçiç deyib.

Dövlət başçısı Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana yollanacağını, lakin sonra Tehrana qayıdacağını bildirib.

Vuçiç əlavə edib ki, region üzrə ən çox Serbiya vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindədir və onlar ilk fürsətdə təxliyə olunacaqlar.

AzVision.az


Teqlər:



Xəbər lenti