WSJ: “Trampı müharibəyə başlamağa çətinliklə razı salıblar”

      WSJ:    “Trampı müharibəyə başlamağa çətinliklə razı salıblar”
  02 Mart 2026    Oxunub:1720
Amerikalı qanunvericilər ABŞ prezidenti Donald Trampa İranda hakimiyyəti zorakı şəkildə dəyişdirməyə cəhd etməsi üçün bir neçə ay ərzində ona təzyiq göstəriblər.
AzVision.az xəbər verir ki, Ağ Ev adminsitrasiyasındakı mənbəyə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ-nin respublikaçı qanunvericiləri aylardır ki, Trampa İran hökumətinin əvvəlkindən daha zəif olduğunu deyir və Ağ Ev prezidentindən onun “başını kəsmək fürsətindən yararlanmağı” tələb edirdilər”, - qəzet yazır.

Eyni zamanda, mənbələrin sözlərinə görə, ABŞ prezidenti və köməkçiləri yanvarın əvvəlində Venesuela prezidenti Nikolas Maduronu oğurlamaq üçün keçirilən hərbi əməliyyatdan sonra rəhbərliyin zorakı şəkildə dəyişdirilməsinin “mütləq başqa bir İraqla nəticələnməyəcəyinə” əmindirlər.

Öz növbəsində, adı açıqlanmayan milli təhlükəsizlik rəsmisinə istinad edən “NBC News” telekanalı Donald Trampın ölkənin gələcəyi və zərbələrin təsiri ilə bağlı qeyri-müəyyənlik səbəbindən İranda əməliyyat başlatmağa “elə də həvəsli olmadığını” bildirib.

- Amerika lideri ehtiyatlanırdı, çünki məsləhətçilərinin müharibədən sonrakı İranın gələcəyi barədə kifayət qədər aydın təsəvvür yaratmadığını düşünürdü. Trampın öz şəxsi şübhələri var idi. O, zərbələrin lazım olan davamlı nəticəni verəcəyinə əmin deyildi. Əməliyyata hazırlıq mərhələsində prezident İranın nüvə silahlarından imtinasını təmin edən, lakin bəzi əlavə faydaları olan bir razılaşma əldə etməkdə israrlı idi”, - telekanalın yaydığı məlumatda vurğulanır.

ABŞ tərəfindən danışıqları aparanların sözlərinə görə, İrana pulsuz nüvə yanacağı təklif olunub, lakin Tehran guya bundan imtina edib.

Daha sonra Donald Tramp telekanala müsahibəsində Tehranın nüvə proqramından imtina etmək istəmədiyini, buna görə də ABŞ-nin hücuma keçmək qərarına gəldiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   İran   müharibə  



Xəbər lenti