Avropada qazın qiyməti 20%-dən çox artıb
Avropanın əsas qaz ticarət platforması olan “Dutch Title Transfer Facility” (TTF)-də aprel müqaviləsi yerli vaxtla saat 10:41-də (07:41 GMT) meqavat-saat üçün 39,20 avro səviyyəsində ticarət olunub. Müqayisə üçün, zərbələrdən əvvəl, 27 fevralda qiymət 31,95 avro olub.
Bu artım qiymətləri 2025-ci il fevralın 18-dən bəri ən yüksək səviyyəyə çatdırıb. Eyni zamanda, bu yüksəliş 2023-cü ilin avqustundan bəri faiz ifadəsində ən böyük sıçrayışdır.
Hörmüz boğazı Körfəz enerji istehsalçılarını Ərəb dənizi vasitəsilə qlobal bazarlarla birləşdirir və dünya üzrə neft və LNG ticarətinin təxminən 20%-i bu strateji keçiddən keçir. Qətərin LNG ixracının demək olar ki, hamısı buradan həyata keçirilir ki, bu da boğazı beynəlxalq təchizat üçün kritik marşruta çevirir. Boğazdan keçən LNG-nin böyük hissəsi Asiyaya, xüsusilə Çinə yönəlsə də, mümkün uzunmüddətli fasilələr Avropada, LNG idxalından yüksək asılı olan regionlarda qiymətlərin artmasına səbəb olur.
Bundan əlavə, Avropada qaz anbarlarının səviyyəsi 30%-dən aşağı düşüb ki, bu da təchizat riskləri təsdiqlənəcəyi təqdirdə alıcıları əlavə yüklərin təmin edilməsi üçün daha təcili addımlar atmağa vadar edir.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


