Azərbaycan və İordaniya XİN rəhbərləri Yaxın Şərqi müzakirə ediblər
Telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu vurğulayaraq, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd ediblər.
Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


