Kəlbəcərdə 33 il sonra ilk bayram tonqalı qalandı | VİDEO

   Kəlbəcərdə 33 il sonra ilk bayram tonqalı qalandı    | VİDEO
  03 Mart 2026    Oxunub:1216
Kəlbəcərlilər ilaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsini uzun illərdən sonra ilk dəfə olaraq doğma yurdlarında qeyd ediblər.
Kəlbəcər şəhərində axşam saatlarında bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq Novruzun ikinci çərşənbəsini birlikdə qeyd edib, baharın gəlişini 33 ildən sonra ilk dəfə olaraq doğma yurdda qeyd etməyin sevincini bölüşüblər.

Mərasimdə Novruz mahnıları səsləndirilib, tonqal ətrafında “Yallı” rəqsi oynanılıb.






Teqlər:



Xəbər lenti