ABŞ hökuməti əməkdaşlarına: Naxçıvana getməyin

ABŞ hökuməti əməkdaşlarına:    Naxçıvana getməyin
  06 Mart 2026    Oxunub:1954
ABŞ hökuməti əməkdaşlarına Naxçıvana səfər etməməyi tövsiyə edib
Müvafiq məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, tövsiyə Naxçıvan Muxtar Respublikasına İran tərəfdən pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumdan sonra verilib.

Səfirlik həmçinin qeyd edib ki, hazırda Bakı şəhərində yerləşən ABŞ səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və konsulluq xidmətləri adi qaydada davam etdirilir.

ABŞ vətəndaşlarına yerli xəbərləri izləmək, kütləvi toplaşmalardan və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək, zərurət yaranacağı halda isə regionu tərk etmək üçün əvvəlcədən plan hazırlamaq tövsiyə olunub.

Röya Əliyeva
AzVision.az


Teqlər:



Xəbər lenti