Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib
  06 Mart 2026    Oxunub:1747
15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməsi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan 19 aprel tarixində keçiriləcək .

Qeyd olunub ki, imtahanda iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi” imtahana təxminən bir həftə qalmış Mərkəzin rəsmi saytında yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt sənədi yenidən çap etməlidirlər.


Teqlər:



Xəbər lenti