Yağış yağacaq, temperatur düşəcək | XƏBƏRDARLIQ

Yağış yağacaq, temperatur düşəcək  | XƏBƏRDARLIQ
  06 Mart 2026    Oxunub:1270
Martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti