Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş cədvəli açıqlandı

 Bakı-İğdır-Bakı  marşrutu üzrə uçuş cədvəli açıqlandı
  06 Mart 2026    Oxunub:2105
AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb
Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib).

AZAL bildirir ki, uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır.

"Sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı, üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər. Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq",- deyə AZAL-ın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə etmək olar.



AzVision.az



Teqlər:



Xəbər lenti