İrana kompleks cavab tədbirləri hazırlanıb - Rusiyadakı səfirimiz
“Bakının mövqeyi siyasi, diplomatik və hərbi tədbirləri əhatə edir. Əvvəlcə İranın rəsmiləri izahat verməli, Azərbaycandan üzr istəməli, həmçinin bu terror aktını həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, – deyə Mustafayev bildirib.
Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla telefon danışığı zamanı İran ərazisindən Rusiya vətəndaşlarının çıxarılmasında Bakının göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Eyni zamanda, tərəflər ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və Yaxın Şərqdəki hazırkı gərgin vəziyyəti müzakirə ediblər. Moskva regiondakı çətin şəraitdə Rusiya vətəndaşlarının təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.
Onu da qeyd edək ki, Azərbaycan BMT-yə Naxçıvana İran dronlarının hücumu ilə bağlı məktub göndərib.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


