Bildirilib ki, görüşdə, mövcud regional təhlükəsizlik vəziyyəti, xüsusən də İranın Azərbaycana qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumları müzakirə edilib.
Türk Dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktik əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


