Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib
  07 Mart 2026    Oxunub:1816
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında qəbul edilib.



Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə olunub.

AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  



Xəbər lenti