İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat

 İsraildə ölən azərbaycanlı ilə bağlı  məlumat
  10 Mart 2026    Oxunub:2537
Azərbaycanın İsraildəki Səfirliyi İsraildə raket hücumu nəticəsində ölən azərbaycanlı ilə bağlı məlumat yayıb.
Məlumata görə, İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olan Amid Murtuzov həm Azərbaycan, həm də İsrail vətəndaşı olub.

Hadisə Yehud şəhəri ərazisində yerləşən tikinti sahəsində baş verib. Bildirilib ki, A.Murtuzov Petax Tikva şəhərinin sakini idi.

Qeyd olunub ki, Amid Murtuzov ailəsi ilə birlikdə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir bu ölkədə yaşayırdı.

Səfirlik mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

AzVision.az



Teqlər:



Xəbər lenti