Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib

 Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
  11 Mart 2026    Oxunub:2421
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bu barədə "X" sosial media səhifəsində məlumat verib.
"Bu gün Bakıda Prezident İlham Əliyevlə görüşməyi səbirsizliklə gözləyirəm. Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşdır.

Son bir il ərzində münasibətlərimizə yeni təkan verə bilmişik.Təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik.

Həmçinin, sürətlə dəyişən geosiyasi vəziyyət fonunda son inkişaf proseslərini müzakirə edəcəyik", - deyə paylaşımda qeyd olunub.


M.Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti