İrandan xəbərdarlıq: Neft 200 dollar olacaq
Reuters-in məlumatına görə, Tehranın Xatəm əl-Ənbiya hərbi qərargahının sözçüsü İbrahim Zülfüqari deyib ki, İran artıq hücumlara yalnız qarşılıq verməklə kifayətlənməyəcək və davamlı hərbi zərbələr həyata keçirəcək.
“ABŞ, sionistlər (İsrail) və onların tərəfdaşlarına bir litr belə neftin çatmasına imkan verməyəcəyik. Onlara tərəf yön alan istənilən gəmi və ya tanker legitim hədəf sayılacaq”, – deyə o bildirib.
Zülfüqari əlavə edib ki, regiondakı təhlükəsizliyin pozulması neft bazarına birbaşa təsir göstərəcək: “Neftin bir barelinin qiymətinin 200 dollara çatmasına hazır olun. Çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır və siz bu sabitliyi pozmusunuz”.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


