Ağdam sakini minaya düşərək həlak oldu

      Ağdam sakini minaya düşərək həlak oldu
  12 Mart 2026    Oxunub:2384
Ağdam sakini Füzulidə minaya düşərək həlak olub.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində martın 12-i mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda qeyd olunub.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttindəki minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub. Faktla bağlı araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

AzVision.az



Teqlər:



Xəbər lenti