ABŞ Rusiya neftinə sanksiyaları müvəqqəti yumşaltdı

ABŞ Rusiya neftinə sanksiyaları müvəqqəti yumşaltdı
  13 Mart 2026    Oxunub:2056
ABŞ İranla müharibə fonunda yüksələn enerji qiymətlərini sabitləşdirmək məqsədilə Rusiya neft məhsullarına sanksiyanı 30 günlük aradan qaldırıb.
AzVision.az Reuters-ə istinadla xəbər verir ki, Vaşinqton ölkələrə Rusiyanın neft və neft məhsullarını almağa müvəqqəti icazə verib. Bu addımın əsas məqsədi neft və qaz qiymətlərini azaltmaqdır.

Bununla belə, qərarın bazara ciddi təsir göstərmədiyi bildirilir. Cümə günü saat Bakı vaxtı ilə saat 14:00 olan vəziyyətə görə, Brent markalı neftin qiyməti yenidən bir barel üçün 101 dollara yüksəlib. Asiya fond bazarlarında da təzyiq müşahidə olunub.

Bu arada İran cümə günü İsrailə yenidən raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

İsrail ordusu isə Tehran şəhərinin müxtəlif bölgələrinə zərbələr endirdiyini və İranın müttəfiqi olan Livanın “Hizbullah” hərəkatına qarşı, o cümlədən paytaxt Beyrut daxil olmaqla, ölkə ərazisində hücumların davam etdiyini bildirib.

İran mediası Qüds Günü münasibətilə ölkədə Fələstinlilərə dəstək aksiyalarının keçirildiyini xəbər verib. Eyni zamanda paytaxt Tehran və şəhərin qərbində yerləşən Kərəc şəhərində partlayış səslərinin eşidildiyini və səmada döyüş təyyarələrinin göründüyünü bildirib.




Teqlər:



Xəbər lenti