İlber Ortaylı vəfat edib

İlber Ortaylı vəfat edib
  13 Mart 2026    Oxunub:1168
Türkiyənin məşhur tarixçisi və akademiki İlber Ortaylı 78 yaşında vəfat edib.
Son günlər səhhətində ağırlaşma müşahidə olunan professor xəstəxanada müalicə alırdı və süni tənəffüs aparatına qoşulmuşdu.

21 may 1947-ci ildə anadan olmuş alim bu gün həyatını itirib.

İlber Ortaylı Osmanlı və dünya tarixi üzrə araşdırmaları ilə tanınan ən nüfuzlu türk tarixçilərindən biri hesab olunurdu. O, uzun illər Ankara Universiteti və Qalatasaray Universiteti daxil olmaqla bir sıra ali təhsil müəssisələrində dərs deyib, çoxsaylı elmi əsərlərin müəllifi olub. O, 2005–2012-ci illərdəTopqapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb.

Onun vəfatı Türkiyə və beynəlxalq akademik dairələrdə dərin kədər və hüzünlə qarşılanıb.


Teqlər:



Xəbər lenti