Hikmət Hacıyev: "Azıx mağarasında tədqiqatlar davam edir"

Hikmət Hacıyev: "Azıx mağarasında tədqiqatlar davam edir"
  16 Mart 2026    Oxunub:2025
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə yerləşən Azıx mağarası ilə bağlı paylaşım edib.
Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında paylaşım edib.

H.Hacıyev vurğulayıb ki, Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiya məkanında ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur:

"Hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir. Bu araşdırmaların Neandertalların, Homosapienslərin fəaliyyətinə, eləcə də onların bölgədə birgə mövcudluğu və ya paralel şəkildə məskunlaşması ehtimalına dair mühüm elmi məlumatlar ortaya qoyacağı gözlənilir".






Teqlər: Azıx  



Xəbər lenti