Ağdərənin 4 kəndinə köç olub

   Ağdərənin 4 kəndinə köç olub
  17 Mart 2026    Oxunub:1846
Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib.
Ailələrə mənzillərin açarlarını Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları təqdim ediblər.

Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülüb.

Bununla da Ağdərə rayonunun 9 yaşayış məntəqəsində ümumilikdə 828 ailə olmaqla 3214 nəfərin daimi qayıdışı təmin edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti