Yük maşınında milyonlar aşkarlandı

   Yük maşınında milyonlar aşkarlandı
  17 Mart 2026    Oxunub:1826
Qırmızı Körpü buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana gedən yük maşınlarında gizlədilmiş külli miqdarda pul aşkarlanıb.
AzVision.az xəbər verir ki, gömrük yoxlanışından sonra sərhədçilər tərəfindən aparılan yoxlama zamanı nəqliyyat vasitələrində gizlədilmiş təxminən 20 milyon rus rublu aşkar edilərək götürülüb.

Bildirilib ki, pulların tapıldığı yük maşınlarının sürücüləri istintaqa cəlb olunub və faktla bağlı cinayət işi başlanıb.


Teqlər: Sərhəd  



Xəbər lenti