Tbilisi prospektində anti-tıxac layihəsi
// Yolda "cib"lər yaradılacaq və işıqfor quraşdırılacaq
Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv ediləcək. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.
Piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri də təşkil olunacaq.
Teqlər: Nəqliyyat Yol-hərəkəti







Vaxtında, Aydın, Lazımlı!


