Bayramdan sonra sağlam rejimə necə qayıtmalı?

Bayramdan sonra sağlam rejimə necə qayıtmalı?
  20 Mart 2026    Oxunub:2337
Bayram günlərində qida rejiminin pozulması, ağır və yağlı yeməklərin həddindən artıq qəbulu orqanizmdə müxtəlif narahatlıqlara-həzm və maddələr mübadiləsi problemlərinə səbəb ola bilər səbəb ola bilər. Mütəxəssislər bildirir ki, bayramdan sonra düzgün qidalanma rejiminə qayıtmaq sağlamlığın qorunması baxımından vacibdir.
Dietoloqların sözlərinə görə, ilk növbədə qidalanma tədricən normallaşdırılmalıdır. Kəskin pəhrizlərdən qaçmaq, orqanizmə stress yaratmamaq üçün daha yüngül və balanslı qidalar seçilməlidir. Xüsusilə tərəvəzlər, meyvələr, az yağlı süd məhsulları və zülalla zəngin qidalar üstünlük təşkil etməlidir.

Eyni zamanda, su qəbulu artırılmalıdır . Gün ərzində kifayət qədər maye qəbul etmək orqanizmin toksinlərdən təmizlənməsinə və maddələr mübadiləsinin bərpasına kömək edir.

Mütəxəssislər həmçinin fiziki aktivliyin artırılmasını tövsiyə edirlər. Gündəlik gəzintilər və yüngül idman hərəkətləri həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və artıq kalorilərin yandırılmasına şərait yaradır.

Qidalanma zamanı porsiyalara nəzarət etmək, gec saatlarda yeməkdən çəkinmək və şəkərli, qazlı içkilərin istifadəsini minimuma endirmək də vacib məqamlardandır.

Həkimlər bildirirlər ki, bayramdan sonra düzgün qidalanma vərdişlərinə qayıtmaq həm çəkinin tənzimlənməsinə, həm də ümumi sağlamlıq göstəricilərinin yaxşılaşmasına kömək edir.

Röya Əliyeva
AzVision.az




Teqlər:



Xəbər lenti