Ermənistan-Türkiyə sərhədi açılır

   Ermənistan-Türkiyə sərhədi açılır
  23 Mart 2026    Oxunub:2134
Ermənistan-Türkiyə sərhədləri 2026-cı ilin iyun ayına qədər açıla bilər.
AzVision.az ” xəbər verir ki, bu barədə Türkiyənin “Yeşiligdir” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, sərhədlərin Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl açılması planlaşdırılır.

Bildirilib ki, Türkiyə və Azərbaycan hələlik sərhədlərin açılması ilə bağlı konkret tarix müəyyənləşdirməyib. Qeyd olunur ki, yekun qərar Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən veriləcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi son illərdə aktivləşib. Tərəflər xüsusi nümayəndələr vasitəsilə bir neçə dəfə görüş keçirib və diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması və nəqliyyat əlaqələrinin qurulması məsələlərini müzakirə ediblər.

Ekspertlər hesab edir ki, sərhədlərin açılması regionda iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsinə şərait yarada bilər. Bununla yanaşı, prosesin siyasi həssaslığı səbəbindən qərarların mərhələli və koordinasiyalı şəkildə qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açıqdır, lakin tam fəaliyyət bərpa olunmayıb.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti