Fuat Oktay: "Azərbaycan və Türkiyəyə atılan raketlərin arxasında duranlar araşdırılır"
Komitə sədri bildirib ki, hadisədə təxribat ehtimalı da nəzərdən keçirilir. O vurğulayıb ki, İranın bu iki ölkəyə hücum etməsinin məntiqi izahı yoxdur. Bu kontekstdə Məsud Pezeşkian da açıqlamasında hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.
F.Oktay əlavə edib ki, raketin İran ərazisindən atıldığı məlum olsa da, əsas məsələ əmri verən şəxsin kimliyinin müəyyən edilməsidir.
“Raketin buraxılması texniki olaraq mümkün olub, lakin əsas sual həmin əmrin kim tərəfindən verildiyidir”, – deyə o qeyd edib.
Teqlər: Türkiyə







Vaxtında, Aydın, Lazımlı!


