Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırdı

   Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırdı
  30 Mart 2026    Oxunub:1705
Avropa Komissiyası Ukraynaya silah tədarükü və ölkənin müdafiə sənayesinin gücləndirilməsi məqsədilə 1,5 milyard avro həcmində maliyyə paketini təsdiqləyib.
Bu barədə Avropa Komissiyası məlumat yayıb .

Ayrılan vəsait müvafiq proqram çərçivəsində Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsinə yönəldiləcək.

Məbləğin 700 milyon avrosu raketlər, döyüş sursatları və pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin tədarükünə sərf olunacaq. Proqram çərçivəsində daha 260 milyon avro Ukraynanın hərbi istehsal sahələrinin inkişafına ayrılıb.

Layihənin icrasına martın 31-dən başlanması planlaşdırılır.

R. Əliyeva


Teqlər:



Xəbər lenti