Temperatur 25 dərəcəyə yüksələcək
Havanın temperaturunun gecə 10-12, gündüz 16-21 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı bildirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


