Baş nazir Türkiyənin vitse-prezidenti ilə görüşüb
Tərəflər ötən ilin dekabrında Bakı şəhərində keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirərək, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər, bir sıra istiqamətlərdə birgə layihələrin icra vəziyyətini nəzərdən keçiriblər.
Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, təşkilatın üzv dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu baxımdan Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünün önəmi xüsusi qeyd edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


