Ən təhlükəli peşə: İranın raket mütəxəssisi

Ən təhlükəli peşə: İranın raket mütəxəssisi
  03 Aprel 2026    Oxunub:2043
Raket atışlarında iştirak edən hərbi personalın ölmək ehtimalı 50 faizdən çoxdur.
İran parlamentinin deputatı Əmirhüseyn Sabeti belə deyib. Onun sözlərinə görə, bu sahədə xidmət edən hərbçilər yüksək risk şəraitində fəaliyyət göstərirlər.

İran müxalifətinin yaydığı məlumata görə, “Ədalət-e Əli” hüquq-müdafiə təşkilatının əlinə SEPAH-ın aerokosmik qüvvələrinə aid sənəd keçib. Bildirilir ki, həmin sənəddə raket əməliyyatlarının bütün sistemi – buraxılış meydançalarının təsnifatı, kodlaşdırma mexanizmləri və komanda zənciri əks olunub.

Sənədə əsasən raket bölmələrinin yerləşdiyi ərazilər, prosedurlar və vəzifə bölgüsü artıq məxfi sayılmır. Bu isə həm şəxsi heyətin, həm də mövqelərin daha asan müəyyənləşdirilməsinə və potensial risklərin artmasına səbəb ola bilər.

Qeyd edək ki, bu vaxta qədər İranda ən təhlükəli peşə nüvə mütəxəssisi hesab edilirdi.

Röya Əliyeva
AzVision.az




Teqlər:



Xəbər lenti