XİN: Azərbaycan ABŞ və İran arasında atəşkəsi alqışlayır

   XİN: Azərbaycan ABŞ və İran arasında atəşkəsi alqışlayır
  08 Aprel 2026    Oxunub:1869
Azərbaycan ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, rəsmi Bakı atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və bu addımın regionda gərginliyin azalmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edir.

XİN tərəfləri mövcud problemlərin həllinə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş məhsuldar dialoqa çağırıb. Bildirilib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran tərəfi bu müddət ərzində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidin təmin ediləcəyini açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti