Türkiyədə sel 2 nəfərin ölümünə səbəb olub

Türkiyədə sel 2 nəfərin ölümünə səbəb olub
  08 Aprel 2026    Oxunub:2031
Türkiyənin Osmaniyə əyalətinin bir neçə rayonunda yağan güclü yağışların yaratdığı sel insan tələfatına səbəb olub.
Güclü yağışlar nəticəsində Savrun çayı daşaraq Kadirli rayonunun bəzi ərazilərini basıb, körpü və bir neçə tikili uçub.

Selin apardığı avtomobildə olan 2 nəfər həlak olub.

Qonşu əyalətlərdən xilasedicilər fəlakət bölgəsinə göndərilib.


Teqlər:



Xəbər lenti