Azərbaycanda qadın tiktoker insan alverinə görə həbs edilib

   Azərbaycanda qadın tiktoker    insan alverinə görə    həbs edilib
  11 Aprel 2026    Oxunub:1767
Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.
O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.


Teqlər:



Xəbər lenti