Avropada neftin qiyməti rekord həddə yüksəldi
Brent markalı neft üzrə kontraktlar təxminən 102 dollar səviyyəsində ticarət olunur və ötən həftə ilə müqayisədə 7% bahalaşıb.
Qiymət fərqi əsasən tədarükdə yaranan risklər və logistik məhdudiyyətlərlə izah edilir. ABŞ-ın İran limanlarına və strateji dəniz marşrutlarına nəzarəti gücləndirməsi, eyni zamanda Tehranın boğazdan keçid üçün ödəniş tələb etməsi bazarda qeyri-müəyyənliyi artırıb.
Ekspertlər hesab edir ki, Hörmüz boğazı ətrafında vəziyyətin sabitləşməməsi halında enerji bazarlarında volatillik davam edə bilər.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


