|
| Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar |
Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması, sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi və effektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8 təlim sessiyası təşkil olunacaq. Layihə müddətində iştirakçılar əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalar şəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayında keçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Azercell-in artıq üç ildir həyata keçirdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elan olunacaq.







Vaxtında, Aydın, Lazımlı!


