Qarabağda yeni tunel və körpülər tikiləcək
Hazırda ümumi uzunluğu 2 432,8 kilometr olacaq 38 layihə üzrə tikinti işləri aparılır.
Layihələr çərçivəsində ümumi uzunluğu 71,2 kilometr olan 48 tunelin inşası nəzərdə tutulub. Onlardan artıq 7-si (13,6 km) tamamlanıb.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi planlaşdırılır. Artıq 392 körpü (8 839,1 metr) istifadəyə verilib.
Eyni zamanda, ümumi uzunluğu 3 871 metr olan 16 viadukun inşası nəzərdə tutulur. Onlardan 9-u (1 965 metr) artıq istismara verilib.
Qeyd edək ki, 2027–2030-cu illərdə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 13,3 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu məbləğ dövlət büdcəsinin kapital xərclərinin təxminən 24,3 faizini təşkil edəcək.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


