Bakı və Moskva iqtisadi əməkdaşlıq üzrə yeni sənədlər imzalayıb
Razılaşmalar ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Tərəflər həmçinin e-CMR üzrə “yol xəritəsi” də imzalayıblar. Bu təşəbbüs avtomobil daşımalarının rəqəmsallaşdırılmasını sürətləndirəcək, yükdaşımaların şəffaflığını artıracaq və iki ölkə arasında logistika əlaqələrini gücləndirəcək.
Bunlarla yanaşı Aleksey Overçuk Azərbaycanın İrandan Rusiya vətəndaşlarının təxliyəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, Bakının yardımı ilə 500-dən çox Rusiya vətəndaşı Iran ərazisindən çıxarılıb, həmçinin humanitar yüklərin çatdırılmasına kömək göstərilib.
Qeyd edək ki, ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4,9 milyard dollara çatıb. Cari ilin ilk üç ayında isə bu göstərici təxminən 750 milyon dollar təşkil edib.
M.Həsənli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


