Millət vəkili Azay Quliyev Qazaxstana səfər edəcək

Millət vəkili Azay Quliyev Qazaxstana səfər edəcək
  20 Aprel 2026    Oxunub:2512
Milli Məclisin deputatı Azay Quliyev Regional Ekoloji Sammitdə iştirak etmək məqsədilə aprelin 21-də Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edəcək.
Bu barədə AzVision.az -a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Millət vəkili sammit çərçivəsində təbii ehtiyatların qorunması istiqamətində əməkdaşlıq imkanları, iqlim və ekoloji çağırışlara yönəlmiş praktik həll yolları ilə bağlı müzakirələrdə iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.

Səfər aprelin 24-də başa çatacaq.

AzVision.az




Teqlər:



Xəbər lenti